Daxili İşlər Nazirliyi (DİN) Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
**09:28
Göygöldə baş verən qəzada ölənlərdən 5 nəfərin adı məlum olub.
APA-nın məlumatına görə, qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-ci il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı, 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızıdır. Ölənlərdən birinin şəxsiyyəti hələlik müəyən edilməyib.
**00:31
Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən bildirir ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinin yük daşıyan TIR-la toqquşması nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.