Özbəkistana 5 raket mərmisi atıldı
ƏFQANISTAN ƏRAZİSİNDƏN

Özbəkistan ərazisinə beş raket atılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

 

Bəyanatda qeyd olunur ki, iyulun 5-də saat 16.20 radələrində Özbəkistanın sərhəd bölgəsinə Əfqanıstan ərazisindən atıldığı ehtimal olunan 5 raket mərmisinin düşdüyü qeydə alınıb. Mərmilər düşən zaman heç bir partlayış baş verməyib, nəticədə insan tələfatı və dağıntı olmayıb.

 

Eyni zamanda Termezin “Məcnuntol” məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında aşkar edilib. Tapılan bütün mərmilər istehkamçılar tərəfindən zərərsizləşdirilib.

 

İndi ekspertlər hadisənin detallarını müəyyənləşdirirlər.

 

Bu arada “Sputnik Tacikistan” Əfqanıstanın Bəlx vilayətindəki mənbəyinə istinadən  raket hücumunun Şurtep rayonunun Tokay kəndindən edildiyi barədə məlumat yayıb.

 

"Naməlum şəxslər "Suzuki" markalı avtomobilə raketlər quraşdıraraq Özbəkistan tərəfə 6 raket atıblar. 6-cı raket yerində partlayıb, maşın tamamilə yanıb, insanlar qaçıb", - mənbə bildirib.

 

Əfqanıstan polisi yanğın nəticəsində bir neçə nəfərin xəsarət aldığını istisna etmir.

 

Hələlik heç kim məsuliyyəti üzərinə götürməyib. Oradakı hadisənin də təfərrüatları araşdırılır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.