Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.
“Qafqazinfo” həmin şəxsin fotosunu əldə edib.
**22:26(06.07.2022)
Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.
Sumqayıt Şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.
Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edin ki, Fuad Ağayev səhhətindəki problemlərlə əlaqədar bir müddət öncə öz istəyi ilə polis orqanlarından xaric edilib.