İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürüb.
Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
İsfahan əyaləti məhkəməsinin başçısı höccətülislam Əsədullah Cəfəri məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, polis zabitləri bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar: “Meyitlərin fiziki vəziyyəti hadisənin bir neçə gün əvvəl olduğunu deməyə əsas verir”.
Bildirilir ki, hazırda meyitlər məhkəmə-tibbi ekspertizada müayinə olunur və hadisə ilə bağlı araşdırma aparılır.