Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.
22 yaşlı Dördlər kənd sakini Sərxan Əsədli idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə-beyin travması alıb.
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəzada həlak olan gəncin atası Rövşən Əsədov Neftçalada tanınmış iş adamlarından biridir. Bu gün həm də S.Əsədlinin doğum günü imiş.