Tovuz sakini 24 yaşlı arvadını qətlə yetirdi - QISQANCLIQ ZƏMİNİNDƏ

Tovuz rayonunda qadın əri tərəfindən qətlə yetirilib.

 

"Report"un məlumatına görə, hadisə Əlibəyli kəndində qeydə alınıb.

 

Belə ki, Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı, 1998-ci il təvəllüdlü Nuranə Qafar qızı Əhmədovanın boğazını kəsərək qətlə yetirib.

 

Saytın əməkdaşı qətl hadisəsi ilə bağlı bəzi təfərrüatları öyrənib. Məlum olub ki, qətlə yetirilən Nuranə Əhmədova hadisəni törətməkdə şübhəli bilinən əri Nicat Əhmədovun bibisi qızıdır.

 

Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

 

N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.

 

Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.

 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.