Ermənistan Fövqəladə Hallar Nazirliyinə (FHN) İrəvanda “Zvartnots” beynəlxalq hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub.
Senzor.az “Sputnik Ermənistan”a istinadən bildirir ki, göstərilən ünvana dərhal istehkamçılar, xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.
Amma yoxlama nəticəsində hava limanında heç bir partlayıcı qurğu aşkar edilməyib.
Xatırladaq ki, “Zvartnots” hava limanına bomba qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə iyunun 8-də də məlumat daxil olmuşdu. O vaxt da heç bir partlayıcı qurğu aşkar edilməmişdi.