Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
“Report”un məlumatına görə, qəsəbə sakini, 2010-cu il təvəllüdlü Abdullayev Əkbər Əhməd oğlu Kür çayında çimərkən boğulub.
Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda uşağın meyitinin tapılması istiqamətində axtarışlar davam edir.
**23:26(14.07.2022)
Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.