Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə “Sədərək” Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində yanğın qısa vaxtda söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ilkin məlumata əsasən, ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb. Mağazalar yanğından mühafizə olunub.