Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarlarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.
“Kommersant” bildirir ki, bu sənədə görə, Kiyev Vladimir Putinin prezident olduğu müddətdə Moskva ilə danışıqlar aparmağı qeyri-mümkün hesab edir.
Bundan başqa, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə daxil olmaq ərizəsi ilə bağlı qərarı da təsdiqlənib.
Xatırladaq ki, sentyabrın 30-da Volodimir Putin Ukraynanın dörd bölgəsinin - Donetsk, Luqansk, Zaporojye və Xersonun bir hissəsinin ilhaq edildiyini elan edib. Bundan sonra Rusiya prezidenti Ukraynaya danışıqlar təklif edib.
Həmin gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. Görüşdən sonra V.Zelenski bildirmişdi ki, Kiyev Rusiya ilə danışıqlara hazırdır, amma Prezident başqası olarsa.