Sankt-Peterburqda Yeni il bayramı tədbirləri ləğv edildi

Bu il Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il və Milad tədbirləri keçirilməyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhər administrasiyasının saytında yerləşdirilmiş məlumatda belə deyilir.

 

Bildirilir ki, qubernator Aleksandr Beqlov əvvəldən planlaşdırılan şənliklərin ləğvi barədə qərar qəbul edib.

 

"Tədbirlərə sərf ediləcək vəsaitdən məqsədli şəkildə istifadə olunacaq. Əvvəllər Yeni il tədbirlərinin təşkili və keçirilməsinə sərf edilən vəsaitlər indi könüllülər və Rusiya Silahlı Qüvvələrinə səfərbər olanlar üçün əlavə avadanlığın alınmasına yönəldiləcək”, - deyə məlumatda qeyd olunub.

 

Məlumata görə, istisna hal kimi yalnız uşaqlar üçün hazırlanan bayram tədbirləri keçiriləcək.

 

Bundan başqa, Nijni Novqorod şəhərində də Yeni il tədbirləri ləğv olunub. Şəhər meri Yuri Şalabaev bildirib ki, tədbirlər üçün nəzərdə tutulan vəsait digər məsələlərlə yanaşı, səfərbər olan vətəndaşların ailələrinə yönəldiləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.