Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək
YENİLƏNİB

Ötən gün vəfat edən Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək.

 

Senzor.az bildirir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.

 

O qeyd edib ki, bəstəkarın vəfatı ilə əlaqədar onun Honkonqda yaşayan qızı Canana ilə əlaqə saxlayıblar: “Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bildirdi ki, “bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir-iki günə yola çıxmağı düşünürük”. Canana xanım Diaspor Komitəsinə minnətdarlıq etdi və heç bir köməyə ehtiyac olmadığını bildirdi. Bəstəkarın qızı əlavə etdi ki, belə çətin zamanda Komitənin vaxt itirmədən bizi axtarmasına sevindik, inanırıq ki, hər hansı çətinlikdə Azərbaycandan bizə arxa duran təşkilat və insanlar var”.

 

**14:22

 

“Ruhəngiz xanım qəfil dünyasını dəyişdi”. 

 

Bunu oxu.az-a açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın ailə sürücüsü Taleh Hüseynov deyib. 

 

O, bəstəkarı iyulun 12-də qızının yanına yola saldığını deyib: “Onu özüm yola saldım. Qocalıqdan dünyasını dəyişdi. Düzdür, bir neçə dəfə əməliyyat olunub. Burada yoldaşından sonra tək yaşayırdı. Oğlu da xaricdə yaşayırdı. Hazırda Bakıdadır”. 

 

Ailə sürücüsü mərhum bəstəkarın vəsiyyətindən də söz açıb: “7 ildir onun yanındayam. Çox pozitiv insan idi. Ancaq zarafatlaşırdıq. O mənə demişdi ki, mənə bir şey olsa, anamın yanında dəfn edin. Bu, onun vəsiyyəti idi. Övladları da bundan xəbərdardırlar”. 

 

Onun sözlərinə görə, cənazəsinin nə vaxt Bakıya gətiriləcəyi məlum deyil: “Cənazəsinin nə vaxt gətiriləcəyi yəqin ki axşam bəlli olacaq. Bununla bağlı məlumat verərlər. Honkonqda karantin rejimi olduğu üçün bir qədər çətindir. Ruhəngiz xanım sentyabrın 26-da Bakıya qayıdacaqdı. Lakin qızı zəng edib onu xəstəxanaya yerləşdirdiyini dedi”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.