İrəvanın mərkəzində Paşinyanın istefasını tələb edənlərin aksiyası davam edir - YENİLƏNİB, FOTO

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiya davam edir.

 

Erməni KİV-lərinin məlumatına görə, etiraz aksiyası iştirakçılarının gəldiyi Ermənistan Daxili İşlər Nazirliyinin binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Aksiya iştirakçıları burada təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı hərəkətlərinə etirazlarını bildiriblər.

 

Daha sonra etirazçılar polis binasından aralanaraq İrəvan küçələri ilə yürüş ediblər.

 

Aksiya Fransa meydanında başa çatacaq.

 

Yeri gəlmişkən, bundan əvvəl Milli Hərəkatın Koordinasiya üzrə Milli Komitəsinin nümayəndəsi Vazgen Manukyan Ermənistan vətəndaşlarını sentyabrın 25-dən üç gün ərzində səhər saat 08:00-dan 11:00-dək İrəvanda və regionlarda nəqliyyatın hərəkətini dayandırmağa çağırıb... 


 **18:51(24.09.2023)



Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıblar.

 

TASS-ın hadisə yerində olan müxbiri bildirir ki, Hökumət binasının yerləşdiyi meydana min nəfərdən çox insan toplaşıb. Vətəndaşların əraziyə axını davam edir. 

 

Çıxışlar üçün avadanlıq ənənəvi olaraq meydanda yerləşən Erməni Tarixi Muzeyinin qarşısında quraşdırılır.

 

Hökumət binasının girişi bir neçə cərgə polis tərəfindən qorunur, lakin etirazçılar onun qarşısına deyil, meydanın mərkəzi hissəsində, müvəqqəti səhnənin qarşısında toplaşırlar. 


**10:29


Bu gün yerli vaxtla saat 18:00-da Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın rəhblik etdiyi hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya “Respublika” meydanında baş tutacaq. 

 

Yeri gəlmişkən, dünən İrəvanda etirazçılar xəbərdarlıq aksiyası keçirərək vətəndaşları onlara qoşulmağa çağırıblar. Aksiyaçılar Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.

 

Onu da xatırladaq ki, dünən İrəvanın mərkəzindəki parkda çadır şəhərciyi qurmaq istəyən beş nəfər saxlanılıb. Bundan əvvəl də İrəvanda və ölkənin digər ən böyük şəhərlərində Ermənistan müxalifətinin baş nazirin istefası tələbi ilə mitinqləri keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.