Separatçıların keçmiş “müdafiə naziri” də Laçında yaxalandı və... BAKIYA GƏTİRİLDİ
YENİLƏNİB, FOTO


Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) də Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” "general-leytenant" Lyova Mnatsakanyanın  "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanıldığı barədə məlumat yayıb.

 

Senzor.az DSX-nın Mətbuat mərkəzinə istinadən bildirir ki, sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Xidmət əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

 

Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

 

**15:36

 


Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” "general-leytenant" Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

 

Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin "milli qəhrəmanı", “milli təhlükəsizlik xidmətinin” keçmiş rəhbəri "general-leytenant" Arşavir Qaramyan da saxlanılıb. 

Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.