Ermənistanın keçmiş MTX rəhbəri:
ABŞ İLƏ SAZİŞ ÖLKƏMİZİ YENİ FƏLAKƏTƏ SÜRÜKLƏYƏ BİLƏR

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan ABŞ ilə ölkəsi arasında “Strateji tərəfdaşlıq haqqında” sazişin imzalanmasını tənqid edərək, bunu mümkün nəticələri nəzərə almayan tələsik addım adlandırıb.

 

Ermənistan mətbuatı bildirir ki, o, bu barədə fikirlərini sosial şəbəkələrdə bölüşüb.

 

“Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasəti avantüra məntiqinə əsaslanır və ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradır", - Vanetsyan yazıb.

 

Xatırladaq ki, İrəvan və Vaşinqton arasında imzalanmış sənəd amerikalıların Ermənistana "dəstək göstərmək" niyyətində olduğu bir sıra sahələri əhatə edir. Bunlar iqtisadiyyat (energetika və innovasiyalar daxil olmaqla), müdafiə, təhlükəsizlik, demokratiyanın inkişafı və ədliyyə sahələridir.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənədin imzalanmasını şərh edərkən bildirib ki, ABŞ Ermənistandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini də tələb edə bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.