İsa Həbibbəylinin oğlu saxlanılıb? – “DƏQİQ MƏLUMATIM YOXDUR”

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.

 

Səhət Həbibbəyli bu vəzifəyə 2019-cu ilin mart ayında təyinat alıb.


İsa Həbibbəyli “Unikal”a açıqlamasında oğlunun rəhbəri olduğu qurumda keçirilən əməliyyatdan danışıb: "Hazırda Naxçıvan Gömrük Komitəsində yoxlama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur".

 

Qeyd edək ki, DTX-da Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.