Xaçmazda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Gəndob-Quba-Rusiya avtomobil yolunun (İpək yolu-red.) rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi sakinləri – 1961-ci il təvəllüdlü Ulubəyov Təyarə Şıxsəid qızı, 1987-ci il təvəllüdlü Ulubəyov Roman Yüzbəy oğlu, 1997-ci il təvəllüdlü Ulubəyov Elnur Yüzbəy oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə müxtəlif xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar. Müayinə zamanı T.Ulubəyovaya baş-beyin silkələnməsi, təpə, beyinin cırılmış yarası, E.Ulubəyova döş qəfəsinin əziyi diaqnozları qoyulub.
Qeyd edək ki, onların olduğu avtomobil Xaçmazda bir neçə saat əvvəl baş vermiş ağır yol qəzasında xəsarət alan qohumlarına baş çəkməyə gedərkən yol qəzasına uğrayıb. Belə ki, bundan əvvəlki hadisə Yeni Həyat qəsəbəsində olub. Qusarçay kəndindən Yeni Həyat qəsəbəsinə gedən yolda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.