Mahaçqala hava limanında dron hücumu təhlükəsi səbəbindən təyyarə reysləri təxirə salınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə hava limanının baş direktoru Səid Ramazanov məlumat verib.
"Mahaçqala Beynəlxalq Hava Limanının işi pilotsuz uçuş aparatlarının (PUA) təhlükəsi ilə əlaqədar Moskva vaxtı ilə saat 11:30-a (Bakı vaxtı ilə 12:30 - red.) qədər fəaliyyətini dayandırıb", - Səid Ramazanov qeyd edib.