Almaniyanın milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti ölkənin Frankfurt şəhərindən Bakıya uçuşları bərpa edib.
Senzor.az bildirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Qeyd olunub ki, aviaşirkətin təyyarəsi hava limanında ənənəvi olaraq su arkası ilə qarşılanıb.
Bakıdan Frankfurta uçuş hər həftənin şənbə günləri həyata keçiriləcək.