Çingiz Əlioğlu dünyasını dəyişdi

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu bu gün səhər saatlarında 82 yaşında vəfat edib.

 

Senzor.az xatırladır ki, Çingiz Əli oğlu Əliyev 29 iyun 1944-cü ildə Füzuli şəhərində doğulub. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1991-ci ildə Əməkdar mədəniyyət işçisi, 2005-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.

 

Ədəbi yaradıcılığa 1967-ci ildə “Gənc qələmlər” toplusunda yayımlanan “Xatirələr” şeiri ilə başlayıb. Şeirlər, hekayələr, publisistik yazılar və bədii tərcümələr müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə olunub.

 

Uzun illər “Gənclik” nəşriyyatında və Azərbaycan Dövlət Nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb, həmçinin Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi olub. Müxtəlif beynəlxalq ədəbi tədbirlərdə Azərbaycanı təmsil edib.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.