Polşalı fermerlər Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlamaqda davam edirlər. Təkcə iki məntəqədə 1 700-dən çox yük avtomobili növbə gözləyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə telemarafon zamanı Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko məlumat verib.
O qeyd edib ki, Şegini-Medika və Krakovets-Korçeva keçid məntəqələrində 1 700-dən çox yük avtomobili növbə gözləyir.
Qeyd edək ki, fevral ayında polşalı fermerlər ölkə boyu etiraz aksiyalarına başlayıblar. Onlar Ukrayna ərzaq məhsullarının idxalına qarşı çıxırlar, çünki bu, daxili bazarda qiymətlərə təsir edir.