Bərdədə çoxmənzilli binada yanğın baş verib.
Senzor.az bildirir ki, hadisə Heydər Əliyev prospektində, Rayon İcra Hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatda bildirilir ki, Bərdə şəhərində ümumi sahəsi 640 kvadratmetr olan, bir dam altında tikilmiş birmərtəbəli 13 mənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb.
Bitişik tikililər yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və yerli polis şöbəsinin rəisi Muradəli Babayev də hadisə yerində olublar.