Türkiyənin paytaxtı Ankarada" Millət Baxçası"nın açılışı zamanı maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, ənənəyə uyğun olaraq, açılışda lent kəsmə mərasiminə dövlət rəsmiləri ilə yanaşı, azyaşlı uşaqlar da qatılıb.
Prosesdən öncə dua edilib. Dua edilən zaman isə balaca qız əlindəki qayçıyla lenti hamıdan qabaq kəsib. Təşkilatçılar yeni lent gətirmək məcburiyyətində qalıblar. Amma azyaşlı bu dəfə də lenti yarıya qədər kəsib.
Sonda çıxış yolu olaraq balaca qızın əlindən qayçı alınıb. Ancaq azyaşlını bu da dayandıra bilməyib. O, yarıda qoyduğu işi əlləriylə tamamlayaraq lenti qoparıb.