
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Yanğın nəticəsində fərdi yaşayış evinə bitişik, ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Ev yanğından mühafizə olunub.
**20:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində (Atatürk prospekti) yanğın olması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə FHN-in saytı məlumat yayıb.
Məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata əsasən, yanğın fərdi yaşayış evindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.