ABŞ-ın Kaliforniya ştatında “Hallowen” şənliyində atışma baş verib.
"RİA Novosti" bildirir ki, hadisə ştatın Sakramento şəhərində qeydə alınıb.
Dairənin polis idarəsindən verilən açıqlamaya görə, polis əməkdaşları üç nəfəri yaralı halda aşkarlayıblar, daha iki nəfər isə artıq ölmüş olub. Ardınca daha iki nəfərin yaralı olduğu üzə çıxıb.
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmasa da, bildirilib ki, sözügedən məkanda ekzotik-erotik “Hallowen” şənliyi keçirilirmiş.
Polis idarəsinin yaxınlığında baş vermiş hadisədə hansı tip silahın tətbiq olunduğu hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hücumu törədən şəxsi axtarır.