Lənkəranda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran Dəmiryol Stansiyasından bir qədər uzaqlıqda yerləşən ərazidə qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, 1961-ci il təvəllüdlü Bəfadar Hüseyn oğlu Həsənov Bakı istiqamətində hərəkətdə olan Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarının qoşulu olduğu elektrovozun altında qalıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Mərhumun meyiti müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.