Elman İbrahimov sevgilisi ilə əlbir olub həkimin evini yardı - BALAKƏNDƏ “OĞURLUQ SSENARİSİ”
FOTO
Balakəndə şəhər ərazisində yerləşən evlərin birindən 1000 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə yerli polisə müraciət daxil olub.
 
Senzor.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı cinayət əməlini törədən Şuşa rayon sakini Elman İbrahimov saxlanılıb.
 
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha 2 evdən də ümumilikdə 7 min manat dəyərində qızıl-zinət əşyaları, 5 min manat pul və 6400 ABŞ dolları oğurladığı müəyyən edilib. E.İbrahimovun oğurladığı qızıl-zinət əşyalarının bir qismi onun qeyri-rəsmi münasibətdə yaşadığı Leyla Qardaşovanın evindən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
 
Araşdırma zamanı məlum olub ki, törədilən ikinci cinayətdə E.İbrahimov və L.Qardaşova əvvəlcədən əlbir olublar. Belə ki, xəstəxanada çalışan Leyla orada işləyən həkimin növbədə olmasını Elmana xəbər etdikdən sonra sonuncu onun yaşadığı evə qanunsuz olaraq daxil olub, pul və qızılları götürərək oradan uzaqlaşıb. Oğurladığı qızıllların bir hissəsini Bakı şəhərində satan E.İbrahimov əldə etdiyi pulu qadınla öz arasında bölüb. L.Qardaşova isə E.İbrahimovun ona verdiyi pulla özünə qızıl-zinət əşyaları alıb.
 
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.