
"Sinxua" agentliyinin məlumatına görə, hadisə nəticəsində 108 nəfər ölüb, daha 92 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.