Türkiyədəki bina uçqununa görə 4 nəfər saxlanıldı - YENİLƏNİB
VİDEO
Türkiyənin Malatya şəhərinin İnönü rayonunda ikimərtəbəli binanın çökməsinə görə 4 nəfər saxlanılıb.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin daxili İşlər naziri Süleyman Soylu deyib.

O, dağıntılar zamanı ölənin olmadığını, hadisə ilə bağlı 4 nəfərin saxlanılaraq, istintaqa cəlb edildiyini söyləyib.
 
Məlumata görə, binanın birinci mərtəbəsində restoran fəaliyyət göstərib. 50 yaşlı binanın uçmasına ilkin ehtimal kimi təmir işləri zamanı səhvə yol verilməsi göstərilir.

Naziri 9 saatlıq axtarma-xilasetmə işlərinin başa çatdığını bildirib.
 
Son məlumata görə, çökmə zamanı binada olan 21 nəfərdən 13-ü xəsarət alıb. Onlardan 8- i ilkin müayinədən sonra evə buraxılıb.

** 19:26(09/11/2021)

Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, dağıntılar altından yaralı halda 13 nəfər çıxarılıb. 
 
Şahidlərin dediyinə görə, İnönü küçəsində yerləşən köhnə binanın birinci mərtəbəsində restoran, yuxarıda isə qəhvəxana yerləşir.
 
Tikilinin naməlum səbəbdən uçduğu deyilir.
 
Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.