Azərbaycanda polislər qəzaya düşdü –
1 ÖLÜ, 1 YARALI
 Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 

"Report"un məlumatına görə, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov isə müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Araşdırma zamanı məlum olub ki, yol qəzasında ölən və yaralanan şəxslər Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdırlar.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov faktı təsdiqləyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.