Ermənistanın baş naziri Nikol Paşinyanın mühafizəçilərindən birinin evinə qumbara atılıb. Hadisə gecə saatlarında Kotayk rayonunda baş verib.
Senzor.az bildirir ki, bu barədə erməni KİV-i yazıb.
"Ev sahibinin iki oğlu var, onlardan biri baş nazirin mühafizəçisidir", - məlumatda vurğulanıb.
Ölən və yaralanan olmasa da, evə zərər dəyib. Hazırda faktla bağlı araşdırma aparılır.