
Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.
Məlum olub ki, ümumi sahəsi 450 m² olan binada mebel sexinin qurutma otağında mebel aksesuarları 8 m² sahədə və dam örtüyünün şüşə-pambıq üzlüyü 80 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
**18:22
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində yanğın olması barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumat qəbul edilən kimi Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.