
Senzor.az FHN-ə istinadən bildirir ki, müraciətlə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində müəyyən edilib ki, uçqun nəticəsində tikintidə fəhlə işləyən 1987-ci il təvəllüdlü İsmiyev Emin Rövşən oğlunun bədəninin bir hissəsi beton konstruksiyanın altında qalıb.
Xilasedicilərinin çevikliyi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş xəsarətlərlə uçqun altından xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.