
APA bildirir ki, hadisə aeroport şosesindəki körpünün üstündə baş verib.
Natiq Əzimov idarə etdiyi “Vaz-21015” markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsini eyni istiqamətdə gedən Pərviz İbadova məxsus “Kia” markalı maşına çırpıb. Qəza nəticəsində hər iki sürücü və “Vaz-21015”-də olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qəzaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.
