Əfqanıstanın şimal-qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığını da açıqlayıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, Herat yaxınlığında oktyabrın 7-də də zəlzələ baş verib. 6,3 bal gücündə olan həmin zəlzələ nəticəsində 2 mindən çox adam ölüb, on minlərlə insan evsiz qalıb.