Qusarın Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində zəhərlənərək ölən ikinci şəxsin də kimliyi bəlli olub.
“Report"un məlumatına görə, kirayə evlərdən birində zəhərlənərək ölən şəxs Zeynalov Sakit Yusif oğludur.
Qeyd edək ki, Cəlilabad rayon sakinləri - 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu evdə yedikləri göbələkdən zəhərləniblər. Nəticədə S.Zeynalov ölüb, Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.
Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olublar. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.
Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
**15:26
Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.
Hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.
Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.
Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.("Report")