Naxçıvanda toy keçirilən restoranda yanğın - 260 NƏFƏR TƏXLİYƏ EDİLİB
YENİLƏNİB, VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən “Banu” restoranıda yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Senzor.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 980m² olan üçmərtəbəli restoranın tüstü bacasında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın dam örtüyünə və restoran binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində binanın üzlüyü 3m² sahədə yanıb, restoran binası yanğından mühafizə olunub. Restoranda olan 260 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

 

Xəsarət alan yoxdur.

 


**20:26

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

 

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda yanğın olması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

 

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.