Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Astara Rayon Prokurorluğundan Senzor.az-a verilən məlumata görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Pərviz Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
**09:36
Oktyabrın 29-da saat 08:30 radələrində Astara rayonu, Pəlikəş kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini, 2005-ci təvəllüdlü Əhmədov Pərviz Habil oğlu könüllü polisə təslim olub.
Bildirilib ki, şübhəli şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.