Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi bələdiyyəsinin Yırğançay kəndində bədbəxt hadisə zamanı 17 yaşlı K.Y. həyatını itirib.
Senzor.az bildirir ki, hadisə dünən onun traktoru idarə etməsi zamanı baş verib.
Bildirilib ki, yeniyetmə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə onun boynu sınıb və o, xəstəxanaya aparılarkən yolda keçinib.