Abşeronda pakistanlılar arasında “razborka”
ÖLƏN VƏ YARALANAN VAR

Oktyabrın 30-da saat 21:30 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 1 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluqdan Senzor.az-a bildirilib ki, ilkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

 

İbtidai istintaq davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.