Bu gün Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə baş verən mina hadisəsi zamanı xəsarət alan Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlunun sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.
“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!” - deyə məlumatda vurğulanıb.
**13:25
Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq"-deyə, məlumatda vurğulanıb.