Dövlət Sərhəd Xidmətinin (DSX) giziri Zəngilan rayonu ərazisində minaya düşüb.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və DSX-nın giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bəzi xəbər portalları ANAMA əməkdaşı, 1972-ci il təvəllüdlü Vaqif Babayevin minaya düşməsi barədə ötən gecə məlumat yaymışdılar. Yaralının helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırıldığı və vəziyyətinin ağır olduğu bildirilmişdi.