Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı köməkçisi mayor Gennadi Çastyakovun ad günü hədiyyəsində gizlədilən naməlum qurğunun partlaması nəticəsində öldüyünü bildirib.
Senzor.az bildirir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Baş Komandan qeyd edib ki, bu, Ukrayna Silahlı Qüvvələri və şəxsən onun üçün təsvirolunmaz ağrı və ağır itkidir.
Daxili İşlər Nazirliyi hərbçinin 13 yaşlı oğlunun da ağır yaralandığı və xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.
Partlayış zamanı mərhumun həyat yoldaşı və qızı da evdə olub. İlkin məlumata görə, onlar xəsarət almayıblar.