Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində “Ford” markalı avtomobil mişar daşı ilə dolu “KamAZ” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü Fuad Həsrətov və sərnişini Samir adlı şəxs ağır bədən xəsarətləri alıblar. Həmin şəxslər dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.