
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Xəlitli kəndində "Mercedes" və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.