İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 46 min nəfər əhalisi olan Dehloran şəhərindən 37 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Dağıntı və zərər çəkənlər barədə məlumat verilməyib.