
“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi hissələrindən birində qeydə alınıb.
Göyçay Polis Şöbəsi (RPŞ) Post Patrul Xidmətinin əməkdaşı, rayonun Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçi, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub.
Yaralı aldığı ağır xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.