Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında dağlıq ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
**19:39(13.11.2023)
Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.
"Report"un məlumatına görə, yanğın hələ də davam edir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.
Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.