Türkiyənin Ərzurum vilayətində ağır yol qəzasında Azərbaycan vətəndaşı həyatını itirib.
“Report”un məlumatına görə, Azərbaycan əsilli, 37 yaşlı V. N.-in (ad və soyadı açıqlanmır-red.) idarə etdiyi yük avtomobili Oltu-Tortum magistral yolunda idarəetmədən çıxaraq əvvəlcə maneələrə çırpılıb, sonra isə aşıb.
Hadisə yerinə xilasedicilər, jandarm və təcili tibbi yardım cəlb edilib. Ağır xəsarət alan sürücü Tortum Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.