Türkiyədə yenə zəlzələ oldu –
BU DƏFƏ 4,7 BAL
Türkiyənin Ərzurum vilayətinin Körpüköy rayonunda Rixter cədvəli üzrə 4,7 bal gücündə yeraltı təkan qeydə alınıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Ocağı yerin 6,9 kilometr dərinliyində olan zəlzələ noyabrın 22-də yerli vaxtla saat 11:31-də baş verib.
 
Hələlik, dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
 
Qeyd edək ki, eyni episentrdə noyabrın 19-da yerli vaxtla saat 15:40-da Rixter cədvəli üzrə 5,1 bal gücündə yeraltı təkan baş verib. Nəticədə bir sıra tikililərdə tam və qismən dağıntı olub. Təbii fəlakət bölgəsində 66 ailə üçün konteyner və çadırlardan ibarət müvəqqəti sığınacaq salınıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.